📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Komandana general-leytenant rütbəsi verildi

2024-06-25 21:21:53

Komandana general-leytenant rütbəsi verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hurriyyet.Az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə,

“general-mayor” hərbi rütbəsi polkovnik Həsən Əli oğlu Əlövsədova və polkovnik Vilayət Bərxuda oğlu Quluyevə.

Qeyd edək ki, general N.İslamzadə bu yaxınlarda Hərbi Hava Qüvvələrinin Komandanı təyin edilib.