Komaya düşdüyü deyilirdi - Sərgidən fotoları paylaşıldı
Xəbər verdiyimiz kimi, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən təcili müalicə üçün Çinə aparıldığı barədə iddialar yayılıb.
Hurriyyet.net -in məlumatına görə, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi dövlət başçısının sağlamlıq problemləri ilə bağlı şayiələr fonunda onun sərgidə çəkilmiş fotolarını dərc edib.
Bildirilib ki, KXDR lideri Pxenyanda geyim və ayaqqabı sərgisini ziyarət edərkən onu həyat yoldaşı Li Sol Çju və qızı Kim Çju E müşayiət edib. Bununla belə, bu kadrların dəqiq nə vaxt çəkildiyi bəlli deyil.
Qeyd edək ki, “The Sun” nəşrinin Kim Çen Inla bağlı məlum xəbərindən sonra ekspertlər hakimiyyətə kimin gələcəyi ilə bağlı fikirlərini bölüşüblər. Onların zənnincə, Şimali Koreya lideri vəfat edəcəyi təqdirdə ölkəni müvəqqəti olaraq, yəni Kimin 13 yaşlı qızı Kim Çju E kifayət qədər böyüyənədək onun bacısı Kim Yo Çonq idarə edəcək.



