📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Köməkçiləri Putinin bu çıxışını süni intellektlə hazırlayıb" iddiası - "daşdan keçən" sübut

2026-10-04 16:26:18

Rusiya prezidenti Vladimir Putinin oktyabrın 1-də “Valday” Diskussiya Klubunun plenar iclasında 1983-cü ildə baş verdiyi iddia edilən nüvə müharibəsi təhlükəsi ilə bağlı danışdığı hadisə Rusiyada yeni mübahisəyə səbəb olub.

Hurriyyet.net  "SP" nəşrinə istinadən xəbər verir ki, Putin süni intellektin təhlükələrindən danışarkən 1983-cü ilin sentyabrında sovet raket hücumundan xəbərdarlıq sisteminin ABŞ-dan beş qitələrarası ballistik raketin buraxıldığını göstərdiyini və növbətçi zabit, podpolkovnik Stanislav Petrovun sistemin səhv etdiyindən şübhələnərək nüvə zərbəsi barədə məlumat vermədiyini bildirib. Prezidentin fikrincə, əgər həmin vaxt qərarı insan deyil, süni intellekt versəydi, nəticə tamamilə başqa ola bilərdi.

На фото: бывший офицер советских сил противоракетной обороны Станислав Петров позирует для фотографии у себя дома во Фрязино, Московская область, Россия, 26 сентября 1983 года.Lakin Rusiya hərbi ekspertlərinin və hadisəni araşdıran müəlliflərin təqdim etdiyi məlumatlar bu hekayənin Qərbdə formalaşmış “dünyanı xilas edən bir nəfər” versiyasından xeyli fərqli olduğunu göstərir. Məsələnin kökü 1983-cü ilin sentyabrından deyil, həmin ilin iyulunda sovet raket hücumundan xəbərdarlıq sistemində baş vermiş texniki nasazlıqdan gedir. SSRİ-nin raketdən müdafiə qüvvələrinin keçmiş komandanı, general-polkovnik Yuri Votintsevin 1993-cü ildə dərc olunan xatirələrində Petrovun həmin vaxt sistemin saxta siqnal verdiyini müəyyənləşdirdiyi qeyd olunur. Votintsev onun peşəkarlığını yüksək qiymətləndirsə də, hadisəni “dünyanın xilas edilməsi” kimi təqdim etməyib.

Rusiya strateji nüvə qüvvələri üzrə mütəxəssis, istefada olan general-mayor Vladimir Dvorkinin mövqeyi isə daha sərtdir. Onun sözlərinə görə, nüvə silahından istifadə qərarı heç vaxt ayrıca növbətçi zabitin səlahiyyətində olmayıb. Buna görə də “Petrov dünyanı xilas etdi” tezisi real qərarvermə mexanizmini əks etdirmir. Digər hərbi ekspert Vladimir Belous da Petrov ətrafında formalaşan qəhrəmanlıq mifini Qərbdə Rusiya nüvə arsenalının yaratdığı təhlükəni vurğulamaq üçün istifadə edilən əfsanə kimi qiymətləndirib.

Məqalədə diqqət çəkilən əsas məqamlardan biri də sovet və sonrakı Rusiya nüvə qərarvermə sisteminin necə işləməsi ilə bağlıdır. Raket hücumundan xəbərdarlıq sistemindəki operatorun vəzifəsi daxil olan məlumatı qeydə almaq və yuxarı komandanlığa ötürməkdir. Nüvə əks-zərbəsi barədə qərar isə daha yüksək səviyyələrdə, çoxpilləli yoxlama və təsdiq mexanizmləri əsasında qəbul edilir. Bu baxımdan Petrovun hərəkəti mühüm peşəkarlıq nümunəsi sayıla bilər: o, sistemin verdiyi məlumatı kor-koranə qəbul etməyib və onun yanlış olduğunu müəyyənləşdirib. Lakin bundan “bir nəfər nüvə müharibəsinin qarşısını aldı” nəticəsini çıxarmaq hərbi qərarvermə mexanizmini sadələşdirmək deməkdir.

Picture backgroundMaraqlıdır ki, Petrovun özü də xaricdə ona verilən “dünyanı xilas edən insan” titulunu şişirdilmiş hesab edirdi. O, verdiyi müsahibələrdə sadəcə öz işini gördüyünü bildirirdi.

Putin indi eyni hadisəni süni intellektin mümkün təhlükələri kontekstində gündəmə gətirib. Prezidentin mesajı aydındır: ən təhlükəli hərbi qərarlar yalnız alqoritmlərə həvalə edilə bilməz və insanın təcrübəsi, intuisiyası, şübhə etmək qabiliyyəti kritik anda həlledici rol oynaya bilər. Ancaq "SP" nəşri diqqəti hamının bildiyi gerçəyin necə Putinin çıxışına necə və hansı mənbədən daxil olmasını gündəmə gətirib.  Müəllif hesab edir ki, Putinin özü hadisənin bütün texniki və tarixi detallarını bilməyə bilər və dövlət başçısının çıxışlarını hazırlayan aparatın təqdim etdiyi məlumatlara güvənir. Buna görə də əsas sual prezidentdən çox, onun çıxışlarını hazırlayan şəxslərin tarixi faktları nə dərəcədə yoxlaması ilə bağlıdır.