📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Komitə Adil Vəliyevin tikintisinə icazə vermədi – QALMAQAL

2025-05-06 11:46:27

Komitə Adil Vəliyevin tikintisinə icazə vermədi – QALMAQAL

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev arasında narazılıq yaranıb.

Hurriyyet.az məlumat verir ki, komitə icra başçısının Bakıxanov qəsəbəsi ərazisində işinə əngəl olub. Artıq xeyli vaxtdır ki, komitə icra başçısının biznesinə daxil olan tikinti işini aparmağa icazə vermir. Hələ də sərəncam olmadığına görə, Sabunçu İH rəhbəri tikintiyə başlaya bilmir. Səbəb açıqlanmasa da, icra başçısı ciddi bir çətinliklə üzləşib.

Qeyd edək ki, Vəliyevin Sabunçu rayonunda əsas işi binalar tikməkdir.

Tribunainfo.az