📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kommunikasiyaların açılmasında ən çox Ermənistan maraqlıdır, digərləri müqavimət göstərir - Paşinyan

2023-02-08 18:00:00

Kommunikasiyaların açılmasında ən çox Ermənistan maraqlıdır, digərləri müqavimət göstərir - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, kommunikasiyaların açılmasında ən çox Ermənistan maraqlıdır.
  “Gürcüstanlı həmkarlarımız tunelin tikintisi təşəbbüsü ilə çıxış ediblər ki, bu da problemi böyük ölçüdə həll edəcək, lakin biz başa düşürük ki, regional kommunikasiyaların, xüsusən Ermənistan-Azərbaycan dəmir yolu və avtomobil yolunun açılması nəinki Aİİ ilə ticarətimizi əhəmiyyətli dərəcədə artıracaq. Bəzən insanda, xüsusən də media ekspertlərimizin müsahibələrində belə bir təəssürat yaranır ki, ətrafımızda hamı yolların açılmasını istəyir, amma biz müqavimət göstəririk. Əksinə, biz ən çox bu yolların açılmasını istəyirik”, deyə Paşinyan bildirib.

Ülviyyə, Hurriyyet.az