Kommunikasiyaların açılmasından yalnız Nikolun çevrəsi pul qazanacaq-Ermənistanın keçmiş müdafiə naziri Feysbukda paylaşım etdi
Keçmiş müdafiə nazirinin müavini, Ermənistanın "Respublikaçılar Partiyası" şurasının üzvü Artak Zakaryan Facebook səhifəsində paylaşım edib.
“Sizin gənc əsgərinizin Torpağın, Vətənin, İnamın, Millətin azad və təhlükəsiz yaşamağa davam etməsi naminə həlak olması insan missiyasının ən nəcib və misilsiz təzahürüdür. Bu, Vətənin müqəddəsliyinin, əvəzsizliyinin, əbədiliyinin təsdiqidir. Ancaq müqəddəs olan torpağı təslim etmək, düşmənin diktə etdiyi şərtlərlə yolu açmaq, yalnız pul və yemək haqqında düşünmək üçün gənc əsgərinizin həlak olması-insan nəslinin misilsiz alçaqlığıdır.
Ordunu qurban verəndən dərhal sonra türklə pul qazanmağı düşünən köksüz hakimiyyət öz xalqına layiqdirmi?
Türk elə də axmaq deyil ki, təslim olmuş erməniyə pul qazandırıb, onun dövlətini qoruyub saxlamasına imkan versin. Yalnız Nikolun “Vətəndaş Müqaviləsi”nin dar çevrəsindəki satqınlar pul qazanaraq türklərin növbəti addımına – ermənilərin Ermənistandan və Artsaxdan qovulmasına kömək edəcəklər”, deyə Artak Zakaryanın paylaşımında bildirilir.
Ülviyyə, Hurriyyet.az