📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Konfrans Liqası: “Keşlə” revanş oyununa çıxacaq

2021-07-29 17:29:00

Konfrans Liqası: “Keşlə” revanş oyununa çıxacaq

Bugün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhəsinin cavab qarşılaşmaları baş tutacaq. Azərbaycan təmsilçisi “Keşlə” 0:3 məğlub olduğu ilk matçın revanşında doğma meydanda Rusiyanın “Soçi” klubu ilə qarşılaşacaq.

Axar.az xəbər verir ki, matçı Viktor Şimusikin başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.

Matç bugün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.