Konfrans Liqasından “Qarabağ” paylaşımı: “Məğlubedilməzdir” - FOTO
2021-10-05 16:06:00
UEFA Avropa Konfrans Liqasının rəsmi “Twitter” səhifəsi “Qarabağ”la bağlı paylaşım edib.
Hurriyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, paylaşımda “Qarabağ”ın məğlubedilməz olduğu vurğulanıb.
Orada göstərilib ki, Ağdam təmsilçisi bu mövsüm keçirdiyi bütün yarışlarda (Azərbaycan Premyer Liqası və Avropa Konfrans Liqası) məğlubedilməzdir. Bunlardan 6-sı ölkə çempionatı, 8-i avrokubok matçının nəticələrinə əsasən qeydə alınıb.