📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Konqresin qərarı olmadan Ukraynaya silah verilməyəcək - Ağ Ev

2024-01-04 12:06:21

Konqresin qərarı olmadan Ukraynaya silah verilməyəcək - Ağ Ev

"ABŞ Konqresi prezident Co Baydenin əlavə maliyyə tələbini təsdiqləməyincə, Vaşinqton Kiyevə yardım göstərə bilməyəcək".

Hurriyyet.az xəbər verir ki, bu açıqlama ilə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi çıxış edib.

Eyni zamanda o, ABŞ administrasiyasının ukraynalıların lazımi silahları alması üçün mümkün olan hər şeyi edəcəyini vurğulayıb: "Onlar silah tədarükünü dayandırmaq məcburiyyətində qalacaqlar. Prezident sonuncu təhlükəsizlik yardım paketini imzaladı, onu tətbiq etmək səlahiyyətimiz var idi. Hamısı budur. Ukraynaya əlavə yardım göstərmək üçün əlavə qanunvericiliyə ehtiyacımız var”, deyə o, brifinq zamanı bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın dekabrın sonunda ayrıldığını elan etdiyi sonuncu paket yaxın həftələrdə Ukraynaya çatmalıdır: "Ancaq bundan sonra, əlavə maliyyə olmadığından, heç bir şey çəkmək üçün başqa sehrli çubuq yoxdur", - deyə Kirbi bildirib.

Dekabrın 27-də ABŞ 2023-cü ildə Ukraynaya sonuncu hərbi yardım paketini təqdim etdiyini açıqlayıb. Yeni dəstək paketinin ümumi məbləği 250 milyon dollar təşkil edib.

Buraya hava hücumundan müdafiə mərmiləri, hava hücumundan müdafiə sisteminin digər komponentləri, yüksək hərəkət qabiliyyətinə malik raket və artilleriya sistemləri üçün əlavə döyüş sursatları, 155 və 105 mm-lik artilleriya sursatları, tank əleyhinə döyüş sursatları və 15 milyondan çox patron daxildir. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Dekabrın 12-də Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı Amerika lideri Co Bayden dəstək məqsədilə 200 milyon dollar ayrılacağını açıqlamışdı. Daha sonra Pentaqon qeyd edib ki, bura əlavə hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları və tank əleyhinə silahlar daxil olacaq.

Bizimyol.info