Konstitusiya Məhkəməsi seçkilərlə bağlı qərar verəcək - Vaxt açıqlandı
2024-09-20 10:58:55
Sabah, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq olunması daxil edilib.
Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. (APA)