📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kontakt Home" da dəhşətli anlar: Tutulan var

2025-12-02 23:48:13

Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisənin “Kontakt Home” mağazalar şəbəkəsinin Sahil filialında baş verdiyi iddia edilir.

Şahidlərin sözlərinə görə, mağazada çalışan qadın şəxsi münasibətlər zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Məlumata əsasən, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü F. Quliyev saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

 

// Bakues