📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Kontakt Home” müştərilərini aldadıb: Küllli miqdarda cərimə oluna bilər – FOTO

2021-11-22 16:39:00

“Kontakt Home” müştərilərini aldadıb: Küllli miqdarda cərimə oluna bilər – FOTO

“Kontakt Home” mağazalar şəbəkəsi istehlakçıların hüquqlarını pozub. 

Hurriyyet.az xəbər verir ki, şirkət Çində istehsal olunan telefon və məişət əşyalarını gətirib müştərilərə Almaniya istehsalı adı ilə satır.

Şirkətin rəsmi veb-saytında qeyd olunub ki, “Hoffmann tv” modellərinin digərlərindən ən böyük üstünlüyü Almaniya istehsalı olmasıdır.

İnternetdə aparılan araşdırma nəticəsində “Kontakt Kome” Almaniya brendi adı ilə müştərilərə satdıqları “Hoffman” adlı məhsullar Azərbaycandan başqa heç bir ölkədə satılmadığı bəlli olub. Yəni, bu məhsulları “Kontakt Kome”un sifarişi əsasında Çində hansısa sexdə hazırlayıb Azərbaycana gətirirlər və Almaniya məhsulu kimi reklam edirlər.

Şirkətin bu fəaliyyəti “Haqsız rəqabət haqqında” qanununun 9-cu maddəsinin tələblərinə görə qanun pozuntusu hesab olunur və Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən istehlakçıların hüquqlarının müdafiəsi dövlət siyasətidir.

Məsələ ilə bağlı “Kontakt Home”a 20 noyabr 2021-ci il tarixində informasiya sorğusu göndərilib. Sorğu göndəriləndən sonra bəlli oldu ki, “Kontakt Home” rəsmi veb-saytından "Almaniya istehsalı", "məşhur Almaniya brendi" sözlərini silib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 200.1-ci maddəsinə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) əsasən istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

Cinayət Həmin qanunun 200.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə və 200.2.3-cü maddəsinə külli miqdarda ziyan vurmaqla törədildikdə - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin qanun 200.3-cü maddəsinə əsasən bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 18-ci (İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti) maddəsinə əsasən malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısı alınır.

Həmin qanunun 19-cu maddəsinə (İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi) əsasən mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görülür.