📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Könül Kərimova: “İndidən deyirəm ki, gəlinim oxumasın”

2025-03-26 21:42:30

Könül Kərimova: “İndidən deyirəm ki, gəlinim oxumasın”

Müğənni Könül Kərimova Xəzər TV-nin “Xəzər Axşamı” verilişində qonaq olarkən maraqlı açıqlamalar verib. Ailə quranda sevindiyini, çünki artıq öz sözünün keçəcəyini düşünən Kərimova, o zamanlar xanımın evdə olmalı olduğunu fikirləşdiyini bildirib. 

Lakin, çox keçmədən qaynanası tərəfindən ona xəbər göndərilib:

“Onu mən oxumağıma görə almışam, qazın yanından çəkilsin, getsin, oxusun” – deyə bildirib.

Könül Kərimova, amma indi artıq qaynana olduğunu vurğulayaraq, “Gəlinim oxumasın, qoy gözümün qabağında olsun” deyib. \\Ajans.az