Konyak qalmaqalı - Ermənilər etiraf etdilər: Azərbaycanın günahı yoxdur, keyfiyyətsizdir
“Keyfiyyət problemləri daha çox hazır, şüşə konyakla deyil, konyak spirtləri ilə bağlıdır”,
Hurriyyet/az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan Rusiya Konyak, Spirtli içkilər və Alkoqol Məhsulları İstehsalçıları İttifaqının və Saxtakarlığa Qarşı Mübarizə Assosiasiyasının bəyanatını şərh edərkən deyib .
Əvvəllər yuxarıda adı çəkilən təşkilatların araşdırmasının nəticələri dərc olunmuşdu. Bildirilirdi ki, Ermənistandan Rusiya Federasiyasına gətirilən konyakların demək olar ki, 90%-i keyfiyyət standartlarına cavab vermir. Baxış zamanı Rusiya mağazalarından alınmış müxtəlif markalı 200 konyak nümunəsi analiz edilib.
“Qeyd edək ki, Ermənistan təkcə hazır konyak deyil, həm də konyak spirti ixrac edir. Bəzən istehsalçılar dövriyyə kapitalına ehtiyac duyurlar və konyakın yaşlanma prosesini başa çatdırmaq üçün üç il gözləyə bilmirlər”, - Kerobyan deyib.
Kerobyan ixrac edilən spirtin keyfiyyətinə şübhə ilə yanaşır.
“Ona görə də mən nazir olarkən ötən ilin sonunda konyak spirtinin ixracına subsidiya verilməsi proqramının məhdudlaşdırılmasını təklif etmişdim. Biz subsidiyaların yalnız spirtin üzüm mənşəyi İsveçrə analitik şirkəti tərəfindən təsdiqləndiyi halda ayrılmasını tələb etmişdik”, - deyə keçmiş nazir qeyd edib.
Layihənin niyə qəbul edilmədiyini soruşduqda Kerobyan baş nazirin iki müavini - Tiqran Xaçatryan və Mher Qriqoryanın müqavimətinə işarə edib.
“Onların qərarının səbəbləri mənə məlum deyil”, - o əlavə edib.
Kerobyan da təsdiqləyib ki, baş nazir Nikol Paşinyanın fikir ayrılıqlarından xəbəri var və əvvəlcə onun ideyasını dəstəkləyib, lakin sonda fərqli qərar verilib.
Qeyd edək ki, bəzi erməni ekspertlər iddia edirdilər ki, Rusiyada Ermənistan konyakının keyfiyyətsiz elan edilməsində Azərbaycanın əli var. Guya Azərbaycan Ermənistanı bazardan çıxarmaq istəyir.
Amma ermənilərin bu iddiası elə özləri – Kerobyan tərəfindən təkzib edildi.
publika.az