📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koreya Prezidenti qəflətən Kiyevə getdi

2023-07-15 12:23:00

Koreya Prezidenti qəflətən Kiyevə getdi

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Cənubi Koreyanın Prezidenti Yun Sok Yol həyat yoldaşı Kim Ken Hi ilə birlikdəqəflətən Ukraynaya səfər edib.

Yun Kiyev yaxınlığındakı Buçada kütləvi qətliam bölgəsində, ardından İrpendə olub. Prezident ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

Koreya Prezidenti bundan əvvəl Vilnüsdəki NATO sammitində iştirak edib, ardından Polşada rəsmi səfərdə olub.

Hürr Tərcüman