📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Koroğlu” metrosu önündə qəza: sıxlıq yarandı

2023-08-28 14:46:15

“Koroğlu” metrosu önündə qəza: sıxlıq yarandı

Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, hadisə səbəbindən prospektdən üzü mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub./axar.az/