📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Koroğlu"da avtomobillərdən kim pul toplayır? - AYNA-dan açıqlama

2026-08-06 23:07:59

Bakıda, Ziya Bünyadov prospektindən "Koroğlu" metrostansiyası istiqamətində yerləşən boş ərazidə qanunsuz parklanma təşkil edildiyi iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı müraciət edən vətəndaşın sözlərinə görə, ərazi hasarlanaraq avtomobillərin saxlanması üçün istifadə edilir. Çəkiliş zamanı da sahənin zəncirlə bağlandığı və burada nəqliyyat vasitələrinin saxlanıldığı müşahidə olunub.

Ərazidə çalışan şəxs bildirib ki, burada Elvin adlı şəxsin göstərişi ilə fəaliyyət göstərir və gündəlik müəyyən məbləği ona verir. Özünü ərazinin sahibi kimi təqdim edən şəxs isə avtomobillərdən ödəniş alınmadığını, yalnız nəzarət xidmətinin göstərildiyini iddia edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə açıqlamasında bildirib ki, həmin ərazi agentliyin rəsmi parklanma məntəqəsi deyil və burada parklanma fəaliyyətinin təşkili üçün heç bir icazə verilməyib.