Korona pasportu və immunitet sertifikatı ilə bağlı mühüm xəbər
Azərbaycanda COVID-19 pasportunun və immunitet sertifikatının müddətinə məhdudiyyət qoyulur.
Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gələn il fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən ediləcək:
"İkinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq. Vətəndaşlardan buster doza vurulması xahiş olunur. Əks halda COVID pasport məhdudiyyəti tətbiq olunan məkanlara giriş qadağan ediləcəkdir.2-ci doza vaksindən 5 ay sonra buster doza tətbiq edilə bilər".