Korona qayıtdı – Vuhan yenə qapandı
2022-10-28 14:22:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, koronavirus xəstəliyinin ilk dəfə qeydə alındığı Vuhan şəhəri də daxil olmaqla Çinin bir çox şəhərləri dövlət başçısı Si Cinpinin “Sıfır-Kovid” siyasəti ilə əlaqədar karanatin altına alınıblar.
Vuhan ərazisindəkibir rayonda 800 min nəfərədan artıq insanın oktyabrın 30-a qədər evdə qalması qərara alınıb.
Son 3 gün ərzində Çində 1000-dən artıq yoluxma halı qeydə alınıb.
Dünyanın ən böyük “iPhone” (“Ayfon”) istehsal müəssisəsi yerləşən Çjençjou şəhəridə də karantin elan edilib.
Hürr Tərcüman