📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronavirus daha çox kişiləri öldürür - SƏBƏB

2021-08-21 09:45:00

Koronavirus daha çox kişiləri öldürür - SƏBƏB

“Hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir”.

HURRİYYET.az xəbər verir ki, bunu rusiyalı tanınmış həkim allergoloq-immunoloq Vladimir Bolibok deyib.

Onun sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır.

"Kişilərdə antitelin yaranma səviyyəsi bir qədər aşağıdır", - deyən həkim vurğulayıb ki, qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi asan olur.

"Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur".

Həkim, həmçinin qeyd edib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir.