📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronavirus evdə yox, xəstəxanada müalicə olunur- Səhiyyə naziri əvəzi

2021-12-28 20:10:00

Koronavirus evdə yox, xəstəxanada müalicə olunur- Səhiyyə naziri əvəzi

“Evdə müalicə yoxdur, evdə dəstək var”.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

“Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur”, - vurğulayıb.

Nazir əvəzi poliklinikalar tərəfindən evdə müalicə alan şəxslərə vitamin komplekslərinin verilməməsi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib:

“Bu məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”.

Mənbə: Medicina.az