📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Koronavirus insanlara heyvanlardan keçib“ - Adil Qeybulla

2022-01-13 13:25:00

“Koronavirus insanlara heyvanlardan keçib“ - Adil Qeybulla

ABŞ alimləri COVID-19-un maral və digər həssas vəhşi təbiət növləri arasında yayılmasını izləmək və potensial əks-reaksiyanı azaltmaq üçün üsullar tətbiq etmək məqsədilə təcili olaraq nəzarət proqramlarının həyata keçirilməsini təklif edib.

Bu təklifdən sonra Penn State Universiteti Ayova ştatında marallardan toplanmış 300-ə yaxın nümunə araşdırılıb. Nümunələrdən 80%-nin testi pozitiv olub.

Maraqlıdır, heyvanlar həqiqətən virus mənbəyi ola bilərmi?

Yenisabah.az-a açıqlamasında tibb elmləri namizədi, professor Adil Qeybulla virusların transfer etməsinin doğru məlumat olduğunu bildirib:

“Virusların transfer etmə məsələsi doğrudur. Koronavirus keçən əsrin 60-cı illərində məhz heyvanlardan insanlara transfer edib. O, zooantropatik virusdur.

İnsanların sayı gündən-günə artır, sayları artdıqca flora və faunanı məhv edirlər, bu təmas nəticəsində virusların insanlara keçməsi ilə müşahidə olunur.

Ümumən heyvanlardan insanlara virus keçməsi mümkündür, hər zaman ehtiyatlı olmalıyıq”.