📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronavirus necə yayıldı? – ABŞ kəşfiyyatı AÇIQLADI

2021-10-30 11:10:00

Koronavirus necə yayıldı? – ABŞ kəşfiyyatı AÇIQLADI

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19 virusu ilə bağlı hesabatı təqdim edib.

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, kəşfiyyatın məlumatına görə, koronavirus süni mənşəyə malik deyil.

“Koronavirus bioloji silah deyil. O, heyvandan insana keçməklə yaxud Uhan laboratoriyasında baş verən insident nəticəsində yayılmağa başlayıb”.

Mərkəzi Kəşfiyyat İdarəsi Çinlə əməkdaşlıq edərək virusun mənşəyini tam müəyyən etməli olduqlarını qeyd edir. Kəşfiyyat Çinin epidemiya başlayana qədər virus barədə məlumatsız olduğunu vurğulayıb.