Koronavirusa qarşı faydalı olan məhsullar açıqlandı - FOTO
2021-11-10 09:26:00
Heyvan mənşəli və rafinə edilməmiş bitki mənşəli yağlar koronavirus pandemiyası zamanı insan qidasının tərkib hissəsi olmalıdır.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi və Bioloji Agentliyinin professoru, tibb elmləri doktoru Marqarita Koroleva öz tövsiyələrini verib.
Həkimin sözlərinə görə, bu məhsullarla zəngin qidalar iltihab əleyhinə qorunma təmin edə bilər, xüsusən də virusun yayılmasına müqavimət göstərir.
Dietoloq pəhrizə sarı yağ (inək südündən hazırlanır, qhi də deyilir) daxil etməyi məsləhət gördü. Onun sözlərinə görə bundan gündə 1,5-2 çay qaşığı istehlak edilməlidir.