📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronavirusa yoluxan şairdən son xəbər

2021-12-02 13:28:00

Koronavirusa yoluxan şairdən son xəbər

Koronavirusa yoluxan tanınmış şair, jurnalist Əvəz Qurbanlının vəziyyəti orta ağırdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda şairə rezervuarlı oksigen maskası taxılıb. Ə.Qurbanlının arterial təzyiqi 110/60, nəbzi 81, saturasiyası 97-dir.

Qeyd edək ki, Əvəz Qurbanlı dekabrın 1-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib.