📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronavirusa yoluxanların sayı açıqlandı

2022-03-07 16:26:00

Koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hurriyyet.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 789 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9 531 nəfər vəfat edib. 4 244 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 512, bu günə qədər isə ümumilikdə 6 603 318 test icra olunub.