📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronavirusa yoluxub sağalmış şəxslər buster doza vurdura bilərmi? - TƏBİB AÇIQLADI

2022-02-16 13:07:00

Koronavirusa yoluxub sağalmış şəxslər buster doza vurdura bilərmi? - TƏBİB AÇIQLADI

Fevralın 15-dən ölkədə "buster" doza vaksin olunmayanlar bir sıra məhdudiyyətlərlə qarşılaşıb. Bununla yanaşı 6 ayı tamam olmuş şəxslər 3-cü doza vaksin olunmayıblarsa, onların "peyvənd sertifikatı" etibarsız sayılır.

Hurriyyet.az xəbər verir ki, ölkə ərazisində müxtəlif sahələr üzrə məhdudiyyətlərlə üzləşmək istəməyən vətəndaşlar 3-cü doza vaksin vurdurmaq məcburiyyətindədir.

Bu günə kimi heç bir vaksin vurdurmayan və koronavirusa yoluxub sağalmış şəxslərin 3-cü doza peyvənd vurdura bilmələri sual doğurur.
Bununla bağlı BAKU.WS Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) soğru göndərib. Qurumdan bildirilib ki, immunitet sertifikatının formalaşmasından 6 ay kəçən vətəndaşlar buster doza vurdurmaqla sertifikatının müddətini uzada bilər.