📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronavirusdan qoruyan süd məhsulları satışa çıxarılıb

2023-08-15 12:23:00

Koronavirusdan qoruyan süd məhsulları satışa çıxarılıb

Hurriyyet.az xəbər verir ki, Özbəkistanda kovidi neytrallaşdıran süd və süd məhsullarının istehsalına başlanılıb. Peyvənd edilmiş inəklərin südü immun xüsusiyyətlərinə malikdir. Məhsulları artıq mağazalardan almaq mümkündür.

Özbəkistandakı Nukus şəhərində fəaliyyət göstərən “Panayev Farms”  şirkəti SARS-CoV-2 virusuna qarşı immunitetli süd və süd məhsullarının istehsalına başlayıb. Bu barədə məlumatı Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiya Nazirliyi verib.

İmmunitetli südün istehsalına 2021-ci ildən başlanılıb. Virusa qarşı iki dəfə peyvənd edilmiş inəklərin və keçilərin südlərində antitellər olduğu aşkara çıxıb. Sonra isə araşdırmalar nəticəsində immunitetli südün müalicəvi keyfiyyətlərini itirmədən pasterizə edilməsi mümkün olub.

Hürr Tərcüman