📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronavirusla mübarizədə böyük irəliləyiş! Bir doza 8 ay müdafiə edir

2021-11-09 16:36:00

Koronavirusla mübarizədə böyük irəliləyiş! Bir doza 8 ay müdafiə edir

Qəbul edənlərin heç biri xəstəxanaya düşməyib

Hurriyet.az “Haber Qlobal” portalına istinadən xəbər verir ki, ABŞ-ın “Regeneron Pharmaceuticals” biotexnologiya və dərman şirkəti elm və səhiyyə dünyasını həyəcanlandıran bir açıqlama verib.

“Regeneron” firmasının koronavirus epidemiyasına qarşı hazırladığı, REGEN-COV adı verilmiş birdozalı antikor kokteylinin “Kovid-19”-a yoluxma riskini 81,6 faiz azaltdığı və 8 ay müddətində müdafiə yaratdığı bəlli olub.

Üçüncü klinik testin nəticələri açıqandıqdan sonra yalnız bir dozanın 2-8 ay ərzində immunitet yaratdığı vurğulanıb. ABŞ Milli Səhiyyə İnstitutunun dəstəklədiyi Kovidlə Mübarizə Şəbəkəsinin direktoru Mayron Kohen deyib: “Bu koronaəleyhinə kokteyl immuniteti zəif olan və peyvəndə qarşı pis reksiya verənlər üçün çox mühümdür”.

8 ay ərzində davam edən araşdırma dövründə bu antikorona kokteyli qəbul edən adamlardan heç birinin xəstəxanaya düşmədiyi bildirilib.

 

Hürr Tərcüman