📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronavirusun yeni dövrəsi – Çində qapanmalar başladı

2022-07-06 16:58:00

Koronavirusun yeni dövrəsi – Çində qapanmalar başladı

Hurriyyet.az “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, koronavirusun yenidən dalğalanması ilə bağlı ilk narahatedici xəbər Çindən gəlib. Çinin 13 milyon nəfər əhalisi olan Sian şəhərində bazar ertəsi günü Kovid-19 virusunun Omikron BA.5.2 variantına 18 yoluxma halı qeydə alınıb. Şəhərdə qismən qapanma tətbiq edilməsi qərara alınıb.

Digər ölkələrdə 18 yoluxma halı ciddi təşviş doğurmasa da, Çində “sıfır kovid” siyasəti aparıldığından bu vəziyyətə qarşı sərt tədbirlər görülür.

Hürr Tərcüman