📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Koronaya yoluxan baş direktorun vəziyyəti ağırlaşdı

2021-11-08 17:22:00

Koronaya yoluxan baş direktorun vəziyyəti ağırlaşdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun vəziyyəti ağırlaşıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə koronavirusa yoluxan K.Şükürovun vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, K.Şükürov Tarix İnstitutunun baş direktoru vəzifəsinə bu ilin əvvəlində təyinat alıb.