📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Korotçenko Paşinyanı SƏRT TƏNQİD ETDİ - "Demokratiya sammiti"də nə işin var? / Ermənistandan Rusiyaya qarşı həmlə

2021-12-08 21:15:00

Korotçenko Paşinyanı SƏRT TƏNQİD ETDİ -

“Demokratiya sammiti” Rusiya əleyhinə toplantıdır.

Bu sözləri Rusiyada “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Postsovet məkanından dörd ölkənin sammitdə iştirakına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu tədbir bir növ “Şirxanın öz əlaltılarını toplaması”dır.

“Ukrayna və Gürcüstanla hər şey aydındır. Moldova isə – biz onlarla səmərəli qaz sazişi bağlamışıq. Düşünürəm ki, buna nə formadasa reaksiya verməliyik”, -deyə o bildirib.

Hərbi ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın da həmin sammitdə iştirak niyyətini kəskin tənqid edib və ona sual ünvanlayıb:

“Nikol Vovayeviç, KTMT ölkəsi olan sizin “Demokratiya sammiti”ndə iştirak etməyiniz lazımdırmı? Bəlkə Rusiyada keçirilən sammitlərdə iştirak edilməsi daha yaxşı olardı”.\\Kanal.az