📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Korrupsiyaya görə tutulan vəzifəli şəxs azadlığa buraxıldı

2022-07-27 12:29:00

Korrupsiyaya görə tutulan vəzifəli şəxs azadlığa buraxıldı

Korrupsiyada ittiham edilərək həbs olunan "Azərbaycan Standartlaşdırma İnstitutu"nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini Rafiq Əzizovun məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən R.Əzizova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə prosesində bildirilib ki, hökm elan edilərkən R.Əzizovun həbsdə saxlanıldığı 9 ay 20 gün müddət nəzərə alınıb.