📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Korsikalılar azadlıq istəyir – “Fransa dövləti qatildir”

2022-04-04 17:45:00

Korsikalılar azadlıq istəyir – “Fransa dövləti qatildir”

Hurriyyet.az xəbər verir ki, Fransanın Aralıq dənizində yerləşən Korsika adasındakı həbsxanada hücum nəticəsində yaralanan və 2 həftə bundan əvvəl ölən azadlıq tərəfdarı İvan Kolonnanın xatirəsinə keçirilən nümayişlər zamanı etirazçılarla polis arasında toqquşma baş verib.

Rəsmi rəqəmlərdə nümayişdə 4 min nəfərin iştirak elədiyi bildirilir, etirazçılar isə 14 min nəfərin meydanlara axışdığını bəyan ediblər.

Etirazçılar “Qatil Fransa dövləti” şüarı ilə çıxış ediblər.

Molotov kokteyli ilə əldəqayıtma partlayıcı kimi müxtəlif maddələr atan etirazçılara polis bibər qazı və təzyiqli su ilə müdaxilə edib.

Nümayişdə 30 nəfərə qədər etirazçı yaralanıb.

Kolonnanın ölümündən iki ay əvvəl çəkildiyi söylənilən videoda Kolonna korsikalıların oyanacağını, Korsikanın bir gün azad olacağını söyləyir.

Hürr Tərcüman