Köşklərdən oğurluq edən saxlanıldı
2023-12-02 15:17:25
Gəncədə köşklərdən oğurluq edilib.
Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisində 2 köşkdən ümumilikdə 1126 manat pul və 3815 manat dəyərində tütün məmulatı oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş X.Məmmədov saxlanılıb.