📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası həbs edildi

2026-10-15 17:52:58

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib.

Modern.az xəbər verir ki, şagirdin atası Çingiz Balabəyov direktorla münaqişə yaradaraq məktəbin iş rejimini pozub, müəllimlərə qarşı nalayiq ifadələr işlədib.

O, polis tərəfindən saxlanılaraq həbs edilib.