Kosmik yanacaq istehsal edə bilən mikroorqanizmlər kəşf edildi
Bu bakteriya dünyanı dəyişdirəcək – neftin içərisində kəşf edildi
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Çində bir neft hövzəsində aparılan araşdırmalar nəticəsində xam nefti parçalaya bilən mikroorqanizm kəşf edilib. Ekspertlər bildirirlər: “Bu mikroorqanizmlər yüksək miqdarda metan istehsal edərək kosmik yanacağın maya dəyərini minimuma endirə bilərlər”.
Şərqi Çində yerləşən Şenli neft hövzəsi bölgəsində aparılan araşdırmalar nəticəsində xam nefti parçalaya bilən bakteriya aşkar edilib.
Çinli alimlər təcrübə zamanı bakteriyaların ən mürəkkəb hidrokarbonları belə parçalaya biləcəyini müşahidə ediblər. Araşdırmaçılar bunun böyük həcmdə metan istehsal eləmək imkanı yaradacağını bildiriblər. Bu bakteriyanın bütün planetdə, hətta okeanın dərinliklərində mövcud olduğu bəlli olub.
Alimlər metan qazından kosmik sənayedə raketlər üçün yanacaq kimi istifadə edildiyini vurğulayıblar.
Hürr Tərcüman