📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kosmosdan baxış: “Dünyanın vəziyyəti məni şoka saldı”

2021-11-05 17:37:00

Kosmosdan baxış: “Dünyanın vəziyyəti məni şoka saldı”

Hurriyyet.az “DW Türkçe” nəşrinə istinadən xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyada olmuş fransız kosmonavt Tomas Peske kosmosdan iqlim dəyişiklərinin dünyada törətdiyi fəsadların “həyəcan siqnalı” səviyyəsində olduğunu və bundan şoka düşdüyünü söyləyib.

Avropa Kosmik Agentliyinin əməkdaşı Tomas Peske Fransa Prezidenti Emmanuel Makron ilə videorabitə zamanı insanların təbiətə vurduğu güclü zərbənin 400 km uzaqlıqdan belə gözlə görünən vəziyyət yaratdığını söyləyib. O, Yunanıstan, Fransanın cənubu, Kanada və Kaliforniyadakı kimi yanğınların və onların nəticəsində meydana gələn duman buludlarının kosmosdan adi gözlə göründüyünü deyib. Makronun 2016-cı ildəki kosmosa ilk səfərindən sonra fərq olub-olmadığı sualının cavabında kosmonavt iqlim dəyişikliyinin fəsadlarının nə qədər böyük olduğundan şoka düşdüyünü söyləyib.

Makron kosmonavtın bu sözlərindən sonra Qlazqoda keçirilən Ümumdünya İqlim Sammitindən bəhs edərək deyib: “Öhdəlikləri və onların tətbiq edilməsinin sürətini daha çox artırmalıyıq. COP26-nın da hədəfi budur”.

Tomas Peske “Tvitter”dəki açıqlamasında da iqlim sammiyindən bəhs edərək “dünyanı yalnız birlikdə qoruya bilərik” mesajını verib.

Fransız kosmonavt BMT-nin Baş katibi Antonio Quterresin statusunu da paylaşıb. Quterreş yazıb: “Həyəcan siqnalları çalır, planetimiz eynilə insanlar kimi bizə bir şey söyləyir. Dinləməli, hərəkətə keçməli, ağıllı seçim etməliyik. Əzmi, həmrəyliyi, gələcəyimizi qorumağı, bəşəriyyəti xilas etməyi seçmək lazımdır”.

 

Hürr Tərcüman