📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kovid-19-a qarşı yeni dərman – 12 aya qədər müdafiə edir

2021-10-21 15:32:00

Kovid-19-a qarşı yeni dərman – 12 aya qədər müdafiə edir

Hurriyyet.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, koronovirus pandemiyası ilə mübarizənin davam elədiyi dövrdə tibb dünyasının arsenalını qüvvətləndirəcək vasitələr də artmaqdadır.

“AstraZeneka” şirkəti “AZD7442” adlı koronavirus əleyhinə kokteyl hazırlayıb. Kokteyl ölüm və yoluxma riskini 50 faizə qədər azaldır. Onun 12 aya qədər müddət ərzində orqanizmin koronavirusdan müdafiə qabiliyyətini artırdığı bildirilir. Preparat iynə ilə əzələ daxilinə yeridilir.

Şirkətin Britaniya mətbuatına açıqlamasında dərmanın yeddi gün, yaxud da ondan qısa müddət ərzində simptomlar müşahidə edilən xəstələrdə ağır xəstəlik və ölüm riskini 50 faiz azaltdığı bildirilir.

Hürr Tərcüman