Kovid dövlət institutlarını məhv edə bilər: “Dünyada sanitar diktatrası yaradılması ehtimalı var”
Hürriyyet.az xəbər verir ki, Rusiya Dövlət Dumasının V çağırışının üzvü, Avropa Şurasının Parlament Assambleyasının üzvü, RF İctimai Palatasının üzvü, Rusiya Prezidentinin müşaviri Sergey Markov “Feysbuk” şəbəkəsindəki statusunda koronavirus peyvəndinə qarşı narazılıqlar fonunda nələrin baş verə biləcəyindən bəhs edib. Markov yazıb: “Epidemiya. Koviddən ölənlərin sayı rəsmən 5 milyon nəfərə çatıb. Ekspertlər 15 milyon nəfərin vəfat elədiyini bildirirlər. Hər bir yeni dalğa əvvəlkindən də yüksək olur. İndi dördüncü dalğadır, o, hamısından yüksəkdir. Beşinci və altıncı dalğaların daha güclü olacağı ehtimalı var. Daha bir ehtimala görə isə, virusun mutasiyası onu mövcud vaksinlərin antitellərinin görüş dairəsindən çıxara bilər. Bax onda işlər qarışacaq.
Görünür, tezliklə vaksinin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar başlanacaq. Qarşıda təxribatçı antivaksin qiyamlarının olması da mümkündür. Antivaksin terrorçuluğunun da. Ümumi xaos və dövlət institutlarının çökməsi təhlükəsi var. Bütün ölkələrin təhlükəsizlik şuraları artıq məxfi şəkildə sanitar diktaturasını yaratmaq planı üzərində işləyirlər. Bu, bəşəriyyətə qarşı əsas çağırışdır”.
Hürr Tərcüman