Kovid təhlükəsi sovuşmayıb – ÜST-dən açıqlama
2023-08-18 10:16:00
Hurriyyet.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı 17 iyul-13 avqust aralığında dünyada 1,4 milyon nəfərdən çox şəxsin koronavirus xəstəliyinə yoluxduğunu, 2,3 min nəfərin bu xəstəlikdən öldüyünü bildirib. Ötən 28 günlə müqayisədə yoluxma halları 63% artıb, ölüm halları isə 56% azalıb. Kovidə yoluxma halları 104 ölkədə qeydə alınıb. Təşkilat bildirib ki, mayın 5-də ÜST-ün fövqəladə vəziyyət rejiinin başa çatmasını elan etməsinə baxmayaraq, Kovid-19 böyük təhlükə olaraq qalır. Buna görə də, tədbirli olmaq, risk qruplarını peyvənd etmək, ventilyasiyanı yaxşılaşdırmaq, erkən kliniki yardım göstərmək lazımdır. ÜST koronavirusun EG5 omikron ştammının yayıldığını diqqətə çatdırıb. Bu variant artıq 50 ölkədə qeydə alınıb.
Hürr Tərcüman