📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kral III Çarlz barabanda ifa etdi - Video

2026-10-16 22:11:33

Kral III Çarlz barabanda ifa etdi - Video

Böyük Britaniya kralı III Çarlz Sent-Ceyms sarayında təşkil olunan qəbul zamanı polad barabanlarda ifa edib.

Hurriyyet.net  xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

Bu tədbirdə Millətlər Birliyi Hökumət Başçılarının Görüşünə (CHOGM) qədərki geri sayımın başlanğıcını qeyd edilib.

Sent-Ceyms sarayındakı qəbul bu ilin noyabr ayında Antiqua və Barbudada keçirilməsi planlaşdırılan CHOGM sammiti ərəfəsində təşkil olunub.

Kral III Çarlz və Kraliça Kamilla təxminən 300 qonağı qəbul ediblər. Qonaqlar arasında Millətlər Birliyinin Baş katibi Patrisiya Skotland və “Doctor Who” televiziya serialında “Beşinci doktor” rolu ilə tanınan aktyor Piter Devison da olub.