📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kral qocalıqdan gileyləndi - Məşhur mahnını xatırlatdı

2026-11-15 13:52:13

Kral qocalıqdan gileyləndi - Məşhur mahnını xatırlatdı

Böyük Britaniya kralı III Çarlz Elton Conun “Rocket Hour” adlı podkastında qonaq olarkən qocalmağın “dəhşətli problem” olması barədə zarafat edib.

Hurriyyet.net  xəbər verir ki, verilişin həmin buraxılışı monarxın 78-ci doğum günündə yayımlanıb.

Söhbət əsnasında Çarlz Elton Conun 1986-cı ildəki konsertini xatırladıb və qeyd edib ki, orada olan heç kim “I'm Still Standing” mahnısının ifasını heç vaxt unuda bilməz.

Kral həm özü, həm də 79 yaşlı Conun “həqiqətən də hələ ayaqdayıq” – deyərək həmin məşhur mahnının adına zarafatcıl bir işarə edib:

“Düzdür, arada-sırada oradan-buradan nələrsə qopub düşməyə başlayır. Bilirəm, bu, yaşla bağlı çox pis bir problemdir”.