📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kral Salman Çinə səfər edə bilər

2022-12-09 12:52:00

Kral Salman Çinə səfər edə bilər

Hurriyyet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl Səud Çinə səfər edə bilər.

Səudiyyə Ərəbistanının “Əl Əxbariyyə” dövlət kanalının verdiyi xəbərə görə, Çinin dövlət başçısı Si Cinpin kralı öz ölkəsinə səfərə dəvət edib.

Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının sədri Si Cinpin (7-10 dekabr tarixlərində) Səudiyyə Ərəbistanına işgüzar səfəri davam edir. Səfər çərçivəində tərəflər hərtərəfli strateji əməkdaşlıq barəsində razılaşma imzalayıblar.

Hürr Tərcüman