Kralı üzüklə zəhərləmək istəyiblər!
Hurriyyet.az BBC kanalının türk redaksiyasına istinadən xəbər verir ki, öldürülməzdən əvvəl Səudiyyə Ərəbistanından qaçmağa müvəffəq olan gizli xidmət rəhbəri Amerika televiziyasına müsahibəsində vəliəhd şahzadə Məhəmməd ibn Salmanın planlarından danışıb, ona qarşı ittihamlar səsləndirib.
Şahzadə yalmız bir şəxsin ölkədən qaçmasının qarşısını ala bilməyib – həmin şəxs yüksək vəzifəli kəşfiyyat işçisi Səəd əl Cabridir. Cabri Kanadaya qaçsa da, vəliəhd şahzadə Məhəmməd ibn Salman onun oğulları ilə qardaşını həbs etdirib.
Cabri illərlə ABŞ-ın MKİ ilə digər Qərb kəşfiyyat təşkilatlarının Səudiyyə kəşfiyyatı ilə əməkdaşlığını koordinasiya edib.
Saad əl Cabri, televiziyaya müsahibəsində vəliəhd şahzadə Məhəmməd ibn Salmanın öz əmisini, 2015-ci ildə vəfat eləmiş keçmiş kral Abdullahı öldürməyi təklif elədiyini söyləyib.
ABŞ-ın CBS televiziyasının “60 dəqiqə” proqramında çıxış elən Cabdi 2014-cü ildə atasının taxta keçməsi üçün şahzadənin ona söylədiyi planı ifşa edib. Onun sözlərinə görə, şahzadə Məhəmməd 2014-cü ildə o dövrün Daxili İşlər naziri olan əmisi oğlu Məhəmməd ibn Nayefə Kral Abdullanhın ölümünü təşkil edə biləcəyini deyib.
Saad əl Cabrinin iddiasına görə, vəliəhd şahzadə Məhəmməd ibn Salman bunun üçün zəhərli üzükdən istifadə eləmək istəyib: “Kral Abdullahı öldürmək istədiyini söylədi. Rusiyadan bir zəhərli üzük almaq istəyirdi. Şahzadə Məhəmməd dedi: “Onunla əl tutaram və işi bitər” Bəlkə də elə-belə deyirdi, amma biz bunu ciddi qəbul elədik”.
Məsələnin yerli krallıq məhkəməsində həll edildiyini söyləyən kəşfiyyatçı, danışığın gizlicə lentə yazıldığını və həmin danışıqla bağlı iki lent yazısının olduğunu da bildirib.
Səudiyyə Ərəbistanının keçmiş kralı Abdulla ibn Əbdüləziz əl Səud 2015-ci ildə 90 yaşında dünyasını dəyişib. Onun yerinə taxta qardaşı Salman ibn Əbdüləziz əl Səud oturub. Vəliəhd şahzadə Məhəmməd ibn Salman kral Salman ibn Əbdüləzizin oğludur.
Hürr Tərcüman