Krasnodarda iki neft emalı zavodu vuruldu
2026-11-18 19:11:36
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində, Krasnodar diyarında yerləşən İlski və Afipski neft emalı zavodlarının (NEZ) vurulduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, İlski NEZ-də yanacaq saxlama çənləri, Afipski NEZ-də isə neft emalı qurğusu zədələnib.
Məlumatda bildirilir ki, hər iki müəssisənin ümumi illik neft emalı gücü təxminən 13 milyon ton təşkil edir.
Krasnodar diyarının əməliyyat qərargahı isə noyabrın 18-nə keçən gecə Severski rayonunda pilotsuz uçuş aparatlarının hücumundan sonra iki müəssisədə yanğın baş verdiyini açıqlayıb.
Yerli hakimiyyət orqanları həmin müəssisələrin adlarını açıqlamayıb.
Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilib.