Kreml ABŞ-ı Ukraynada biosilah yaratmaqda suçladı
Rusiya tərəfinin iddialarına görə, ABŞ Ukraynada qurduğu və maliyyələşdirdiyi biolaboratoriyalarda yarasalar üzərində koronavirus nümunələri üzərində eksperimentlər aparılıb. Bunu Rusiya Federasiyası Müdafiə Nazirliyinin general-mayoru İqor Konaşenkov bildirib.
Moskva bu təcrübələrə dair sənədlərin tapıldığını iddia edir. ABŞ da öz növbəsində bu iddiaları təkzib edib. Belə ki, Ağ Evin rəsmisi Psaki Rusiya Federasiyasının Müdafiə Nazirliyinə cavab verərək Ukraynada aşkarlanan biolaboratoriyalar haqqında məlumatın dezinformasiya xarakteri daşıdığını açıqlayıb və məsələni belə şərh edib: "ya Moskva ya özü kimyəvi silah tətbiq etməyə hazırlaşır, ya da müharibənin davam etməsini əsaslandırmaq üçün ukraynalıları onlara hücum edirmiş kimi göstərmək niyyətindədir".
Ülviyyə, Hurriyyet.az