Kreml: Bayden vəziyyəti gərginləşdirir
2022-02-17 21:39:00
ABŞ Prezidenti Co Baydenin Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı bəyanatları vəziyyəti gərginləşdirir.
Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Təəssüf ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşdirilməsi davam edir”, - deyə o bildirib.
Qeyd edək ki, C.Bayden Rusiyanın yaxın günlərdə Ukraynaya hücum edə biləcəyindən bəhs edib. \\Axar