📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml "Biz Ukrayna münaqişəsində Rusiya ilə müttəfiq deyilik" deyən Paşinyana cavab verdi...Nəzərə alarıq

2023-06-02 16:20:00

Kreml

Kreml Paşinyanın Ukrayna münaqişəsi ilə bağlı sözlərinə cavab verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml baş nazir Nikol Paşinyanın Ermnistanın Ukraynadakı münaqişədə Rusiya Federasiyasının müttəfiqi olmadığı barədə bəyanatını diqqətə alıb, yanaşmalarda təfərrüatlar nüanslar nəzərə alınır.

Bu barədə “RİA Novosti” yazır.

Paşinyan bildirib ki, Ukrayna münaqişəsində Ermənistan Rusiya Federasiyasının müttəfiqi deyil. Onun sözlərinə görə, bu qarşıdurma Ermənistan tərəfinin narahatlığına səbəb olur, çünki bu, İrəvana aid bütün münasibətlərə birbaşa təsir göstərir.

“Biz bunu qeydə alırıq. Bu mühüm bəyanatdır. Biz bilirik ki, Ermənistanın Ukrayna ətrafındakı münaqişəyə yanaşmalarında müəyyən nüanslar var, biz onları nəzərə alırıq, bilirik. Amma təbii ki, biz Ermənistanla müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edirik”, deyə Peskov jurnalistlərə bildirib.

Ülviyyə, Hurriyyet.az