📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kreml bu generalı komandanlıqdan uzaqlaşdırdı

2023-10-03 10:11:08

Kreml bu generalı komandanlıqdan uzaqlaşdırdı

Rusiya Müdafiə Nazirliyi general-leytenant Andrey Sıçevi Baxmut istiqamətində uğursuzluğa görə komandanlıqdan uzaqlaşdırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya hərbi komandanlığı Baxmutun cənubundakı Kleşiyevka və Andreyevka bölgələrində əlavə dəstək olmadan həyata keçirilən hazırlıqsız əks-hücumlara görə Sıçevi vəzifəsindən uzaqlaşdırıb. Sıçevin hazırda Rusiya ordusundakı rolu məlum deyil”, - məlumatda deyilib.

Qeyd olunur ki, Sıçev 2022-ci ilin sentyabr ayının əvvəlində vəzifəsindən azad olunana qədər Xarkov vilayətində Rusiyanın Silahlı Qüvvələrinin Qərb qrupuna komandanlıq edib./axar.az/